Azərbaycan İdman Akademiyasının 2024/2025-ci tədris ilində magistratura təhsil səviyyəsinin “İdman menecmenti” (tədris ingilis dilində) ixtisaslaşmasının 6 tələbəsi ikili diplom proqramı çərçivəsində təhsilini Böyük Britaniyanın Koventri Universitetində davam etdirmək imkanı əldə edib.
İdman.biz xəbər verir ki, magistrantlarla görüşən akademiyanın rəhbərliyi tələbələri bu münasibətlə təbrik edərək onlara təhsillərində uğurlar arzu edib.
Görüşdə akademiyada tələbələr üçün yaradılan bu unikal təhsil imkanının üstünlükləri, gələcək perspektivlər, qazanılacaq beynəlxalq təcrübə və qlobal əmək bazarına uyğun səriştələrə yiyələnmək haqqında ətraflı danışılıb.
İdman.biz