Məktəblərin dəyişkən iş qrafikinə keçirilməsi məsələsi gündəmdədir. Universitetlərin Bakının mərkəzindən köçürülməsi də istisna edilmir. Repetitorluğun isə mərhələli şəkildə ləğv edilməsi ilə bağlı təkliflər hazırlanır.
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, bu il 130-a qədər ümumi təhsil müəssisəsində rasionallaşdırma aparılacaq.
Elm və təhsil naziri rus bölməsində təhsil alan şagirdlərin valideynlərinin "Azərbaycan tarixi" fənni rus bölməsində, Azərbaycan dilində keçirilsin" çağırışına da cavab verib. Nazir bildirib ki, Azərbaycan məktəbində dövlət hesabına təhsil alan hər bir şəxs Azərbaycan dilini mükəmməl bilməlidir.
Emin Əmrullayev Azərbaycan İqtisad Universitetinin Dərbənd filialından məzun olub diplomunu ala bilməyən şəxslərin məsələsinə də aydınlıq gətirib.
Plastik cərrəhiyyə sahəsində saxta diplomlu şəxslərin olması məsələləsinə də toxunan nazir Emin Əmrullayev bildirib ki, səhiyyə sahəsində diplomlar Səhiyyə Nazirliyindən gələn rəy əsasında verilir. Nazir həmçinin direktor və direktor müavinlərinin də ixtisaslarına uyğun sertifikasiyaya cəlb olunacaağını bidirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.