AZ

Kadi gəldi və ...getdi

“Qarabağ”ın köhnə-yeni tranferi Kadi Borgesi “Səbail”lə oyunu izləyənlər arasında görmədik. Axı məntiqlə komanda yoldaşlarına ən azı tribunadan dəstək verməliydi. Bəs niyə yox idi?

“Qarabağ”ın mətbuat katibi Anar Hacının “Football-plus.az”a verdiyi məlumata görə, braziliyalı vinger müqaviləyə imza atandan dərhal sonra Macarıstana dönüb. Bu dəfə ailə üzvlərini gətirmək üçün gedib. Onun transferi yolunda artıq heç bir maneə qalmayıb. Beynəlxalq transfer sertifikatı gəlib, qarşıdakı günlərdə ölkədaxili yarışlarda iştirak üçün qeydiyyatdan keçiriləcək.

Kəsəsi, Kadinin oynaması üçün hər şey hazırdı. Bircə qalır yenidən meydana çıxıb “Qarabağ” azarkeşlərini sevindirməsi.

ORXAN

Seçilən
71
football-plus.az

1Mənbələr