AZ

4 trilyon dollarlıq aktiv idarəçisi "BlackRock"dan böyük "Bitcoin" addımı

Dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan "BlackRock", kriptovalyuta investisiya məhsullarını ABŞ-dən kənara çıxararaq Avropada spot "Bitcoin" birja investisiya fondu təqdim etməyə hazırlaşır.  

Valyuta.Az "BitcoinSistemi"nə istinadən xəbər verir ki, bu addım "BlackRock"un ABŞ-də idarə etdiyi 58 milyard dollarlıq "Bitcoin" ETF-nin uğurunun ardınca atılır.  

Məsələyə yaxın mənbələrin məlumatına görə, fondun İsveçrədə yerləşməsi planlaşdırılır və marketinq fəaliyyətlərinə bu ayın əvvəlində start verilə bilər. "BlackRock" isə rəsmi açıqlama verməkdən çəkinib.  

Birja investisiya fondlarının (ETF) buraxılması sahəsində lider olan "BlackRock", müxtəlif ETF məhsullarında 4,4 trilyon dollardan çox aktivi idarə edir. Kriptovalyutalarla bağlı birja ticarət məhsulları (ETP) Avropa bazarlarında uzun illərdir mövcud olsa da, bu, "BlackRock"ın Avropa kriptovalyuta bazarına ilk birbaşa girişi olacaq.  

Bu nəhəng aktiv idarəçisi rəqəmsal aktivlərin ənənəvi maliyyə sektorunda legitimləşdirilməsində mühüm rol oynayıb. Ötən ay Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "BlackRock"un baş icraçı direktoru Lerri Fink "Bitcoin"in valyutaların dəyər itkisinə qarşı bir qoruyucu vasitə ola biləcəyini vurğulamışdı.  

"Bloomberg" məlumatlarına görə, bir il əvvəl ABŞ-də spot "Bitcoin" ETF-lərinin bazara çıxarılması kriptovalyutalara investisiya marağını artırıb və bu fondlara ümumilikdə 116 milyard dollar cəlb olunub. "BlackRock"un "iShares Bitcoin Trust" fondu isə tarixdə ən uğurlu ETF lansmanlarından biri olaraq sektorda liderlik edir.  

Ötən ay "BlackRock"un rəhbər şəxsləri Samara Koen və Cey Ceykobs bir bloq yazısında, "ETP formatında "Bitcoin"ə çıxış imkanı investorlar üçün cəlbedici bir kombinasiya olduğunu sübut etdi" ifadələrinə yer veriblər.  

Rəhim

Seçilən
4
valyuta.az

1Mənbələr