AZ

Culanini Fransaya dəvət etdi

Fransa Prezidenti Emmanuel Makronla Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa (Culani) arasında telefon danışığı olub.

Makron Şaraanı ölkəyə rəhbərlik etməsi münasibətilə təbrik edib, həmçinin keçid dövründə Suriyaya tam dəstək olduğunu söyləyib.

Fransa prezidenti ölkəsinin Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün addımlar atdığını da bildirib. Onlar Suriyada təhlükəsizlik məsələlərini müzakirə edərək sabitliyin qorunması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Həmçinin Makron onu Fransaya səfərə dəvət edib.

Seçilən
33
2
oxu24.com

4Mənbələr