AZ

ChatGPT-də yeni pulsuz funksiya işə düşdü

“OpenAİ” şirkəti “ChatGPT” süni intellekt proqramında pulsuz istifadəçilər üçün internetdə axtarış imkanlarını genişləndirib.

Bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, buna qədər yalnız ödənişli abunəçilərə əlçatar olan ChatGPT axtarış sistemi artıq bütün istifadəçilərin sərəncamına verilib və bu funksiyadan istifadə edən zaman qeydiyyatla bağlı çətinliklər yaranmayacaq.

“OpenAİ” öz çatbotunu “Google” və “Bing” kimi axtarış platformalarına ciddi rəqib etmək niyyətindədir.

“Biz hər kəsin (internetdə) informasiya axtaran zaman ChatGPT nin imkanlarını sınaya bilməsini istəyirik”,- OpenAİ-dən qeyd edilib

Seçilən
86
7
aznews.az

8Mənbələr