AZ

Moskva vilayətində təyyarə qəzaya uğrayıb, ölənlər var

Fevralın 6-da Moskva vilayətində (Rusiya) yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə Moskva Nəqliyyat Prokurorluğu məlumat yayıb. İlkin məlumatlara görə, təyyarə Ramenski rayonundakı Myaçkovo aerodromunun ərazisində qəzaya uğrayıb. Yanğın baş verib. Fövqəladə hallar xidməti iki nəfərin öldüyünü bildirib.

Təhlükəsizlik qüvvələrinə yaxın olan Rusiyanın “Mash” Telegram kanalı yazır ki, quyruq nömrəli RA-01808 “Tecnam P-2002JF Sierra” təyyarəsi təlim uçuşu həyata keçirirmiş və Moskva vaxtı ilə saat 13:11-də əlaqəni dayandırmışdır. Sonra tarlaya düşüb və alovlanıb. Ölənlər uçuş məktəbinin pilotu və komandiri olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr