İstanbulun mərkəzində restoranın da yerləşdiyi binada güclü yanğın baş verib.
Editor.az bildirir bu barədə yerli mətbuat xəbər verir. Hazırda yanğın tamamilə söndürülüb. Hadisə nəticəsində dördmərtəbəli bina tamamilə yanıb, qonşu tikililərə də ziyan dəyib.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbləri hələlik ekspertlər tərəfindən müəyyən edilməyib.
//Samir Qurbanov, Editor.az