AZ

Rusiya Trampın “Qəzza planı”na qarşıdır

ABŞ prezidenti Donald Trampın “ABŞ Qəzza zolağına sahib çıxacaq və fələstinlilərin Qəzzanı tərk etməkdən başqa çarəsi yoxdur” açıqlamasına Rusiyadan reaksiya gəlib. Editor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Trampın Qəzza zolağının “ələ keçirmə” planı ilə bağlı açıqlamasının “konstruktiv olmadığını” bildirib və əlavə edib: “Bu, problemin həllinə kömək etməyəcək. Bu cür bəyanatlar bölgəyə gərginlik əlavə edir”.

Qəzzada faciənin illərdir davam etdiyini bildirən Zaxarova, İsrail ilə Həmas arasında Qəzza zolağında atəşkəs və əsir mübadiləsi ilə bağlı razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Ümid edirik ki, bu razılaşmalara ciddi şəkildə əməl olunacaq. Ümid edirik ki, minlərlə insanın həlak olduğu Qəzzada böhran həll olunacaq. İndi ən vacibi ehtiyacı olanların hamısına lazımi humanitar yardımı göstərməkdir. Atəşkəsin davamlı və uzunmüddətli olması vacibdir. Əminik ki, bu məsələlərin həlli hərtərəfli həll yolu tapmalıdır.”

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr