AZ

Hərbi əməliyyatlar bitdikdən sonra İsrail Qəzzanı ABŞ-a təslim edəcək

ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağının ABŞ-a təslim ediləcəyini və bölgədən olan fələstinlilərin “təhlükəsiz və gözəl icmalara” yerləşdiriləcəyini bildirib.

Bu, hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verəcək. “Birləşmiş Ştatlar, dünyanın hər yerindən böyük inkişaf qrupları ilə əməkdaşlıq edərək, yavaş-yavaş və diqqətlə Yer kürəsində ən yaxşı və ən təsirli layihələrdən biri olacaq layihəni qurmağa başlayacaq. Bunun üçün Amerika əsgərlərinə ehtiyac olmayacaq! “Bölgədə sabitlik bərqərar olacaq”, Tramp “Truth” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, dünən Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra ABŞ prezidenti bildirib ki, Vaşinqton əraziləri minalardan təmizləmək və daha sonra bölgəni bərpa etmək üçün Qəzza zolağına nəzarət yaradacaq. Tramp Qəzzanın “Yaxın Şərqin Rivierası” ola biləcəyinə söz verib, lakin yenidənqurma işlərinə başlamaq üçün əvvəlcə təxminən 2 milyon Qəzzalı başqa ölkələrə köçürülməlidir. Bu fikirlər dünyanın əksər ölkələrində sərt tənqidlə qarşılandı.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr