AZ

MHP lideri Dövlət Baxçalının ürək qapağı dəyişdirilib

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının(MHP) sədri Dövlət Baxçalı ürəyindən əməliyyat olunub. Editor.az Türkiyə mediasına istinadən xəbər verir ki, partiyadan MHP liderinin səhhəti ilə bağlı açıqlama verilib.

Məlumatda qeyd olunur ki, əməliyyat zamanı Dövlət Baxçalının ürək qapağı dəyişdirilib: “10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya aşkarlandıqdan sonra bu gün mövcud qapaq invaziv yolla dəyişdirildi. Sağlamlıq vəziyyəti son dərəcə yaxşıdır. Baxçalı qısa müddətdə xəstəxanada qaldıqdan sonra gündəlik həyatına qayıdacaq”.

\\Samir Qurbanov, Editor.az

Seçilən
26
2
editor.az

3Mənbələr