AZ

Moskva “Rus evi” ilə bağlı Azərbaycanın qərarına reaksiya verdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiya hakimiyyəti Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyatı ilə bağlı vəziyyətin həllinə ümid edir.

“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması üçün lazımi tədbirlər görməyə və bunu təbii ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazırdır”, – Mariya Zaxarova brifinqdə bildirib. “Biz dəfələrlə müvafiq məsləhətləşmələr çərçivəsində bu məsələni diplomatik kanallar vasitəsilə müzakirə etməyi təklif etmişik. Bu təkliflər Azərbaycan tərəfinə də yazılı şəkildə göndərilib. Ona görə də məsələnin müsbət həllini gözləyirik”, – deyə o əlavə edib.

Xatırladaq ki, Bakıdakı “Rus Evi” 3 iyul 1997-ci ildə yaradılmışdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr