AZ

Qurbanov həm qələbəni şərh etdi, həm də Kadinin qayıdışını

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Səbail"ə qarşı keçirdikləri ilk oyundan (1:0) sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, belə danışıb:

"Bu gün çox yaxşı komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. "Səbail" həm topla, həm də topsuz meydanda çox düzgün davrandı. Futbolçularımı təbrik edirəm, çox istəkli idilər. Hələ ilk oyundur. Cavab görüşü daha da gərgin keçə bilər".

Qurbanov heyətə yeni cəlb olunan Kadi Borgesin transferi məsələsinə münasibət bildirib:

"Kadini sıralarımıza cəlb etmək şansımız yarandı və bundan istifadə etdik. Julio Romao üçün "Ferentsvaroş" (Macarıstan) bizə təklif göndərdi. Biz də bu təklifi müsbət qarşıladıq və danışıqlar əsasında Kadini transfer etdik".

Seçilən
6
15
fanat.az

10Mənbələr