AZ

HƏMAS ərəb ölkələrinin liderlərini görüşə çağırdı

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın son bəyanatlarından sonra ərəb ölkələrinin liderlərini Qəzza zolağındakı vəziyyətlə bağlı təcili toplantı keçirməyə çağırıb.

Azreform.info ” xəbər verir ki, HƏMAS nümayəndəsi Hazem Qasımın müvafiq bəyanatı hərəkatın teleqram kanalında dərc olunub.

“Biz Trampın bəyanatlarını qətiyyətlə rədd edirik: Qəzza yalnız onun sakinlərinə məxsusdur və onlar oranı tərk etməyəcəklər. Bununla əlaqədar biz ərəb ölkələrinin başçılarını təcili toplantı keçirməyi və fələstinlilərin zorla çıxarılması planlarına qarşı çıxmaq yollarını müzakirə etməyə çağırırıq”, - Qasım vurğulayıb.

Xatırladaq ki, Tramp artıq bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir və İordaniyaya, yaxud digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O bildirib ki, ABŞ anklavı nəzarətə götürməyə, minalardan təmizləməyə və infrastrukturu bərpa etməyə hazırdır.

Seçilən
33
6
azreform.info

7Mənbələr