AZ

Daviti Çivçivadze: "İstənilən komandaya qalib gələ bilərik"

"Çox çətin oyun oldu. Son matçda məğlub olmuşduq. Odur ki, bu qələbə bizə çox vacib idi".

İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin basketbol komandasının məşqçisi Daviti Çivçivadze deyib.

O, Azərbaycan Basketbol Liqasının XIV turunda "Sərhədçi" ilə oyundan qazanılmış 82:67 hesablı qələbəni şərh edib: "Hər zaman dediyim kimi, müdafiədə yaxşı oynasaq və ötürmələrdə işimizi dəqiq yerinə yetirsək, istənilən komandaya qalib gələ bilərik. Bu gün elə də oldu. Rəqib komandanı 67 xalda saxladıq və 26 assistimiz var idi. Ümumiyyətlə, bu gün hücumda və müdafiədə yaxşı oynadıq. Komandamı qələbə münasibətilə təbrik edir və uğurlar arzulayıram".

Qeyd edək ki, qələbə sayəsində "Neftçi" 3-cü pilləyə yüksəlib.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr