AZ

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Bakı. Trend:

Naxçıvanda İlham Əliyev adına Olimpiya İdman Kompleksindəyeniyetmələr arasında (2010-2012) "Konstitusiya və Suverenlikİli"nə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublikabirinciliyi keçirilib.

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindənTrend-ə bildirilibki, ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışa şəhər vəmuxtar respublikanın bölgələrindən ümumilikdə 81 idmançıqatılıb.

Nazirliyin Azərbaycan Güləş Federasiyası (AGF) ilə birgə təşkiletdiyi birincilikdə 10 çəki dərəcəsində medalçılar müəyyənləşib.İlk üç yerin sahibinə diplom və medallar təqdim olunub.

Yarışda ədalətli idarəçiliyin təmin olunması məqsədilə AGFHakimlər Kollegiyasının sədri Qərib Əliyev iştirak edib. Beynəlxalqdərəcəli hakim Əli Babayev yarışın hakimlərindən biri kimi təmsilolunub.

Nəticələrə gəlincə, müvafiq çəki dərəcələrində Hüseyn Əliyev (85kiloqram), Üzeyir Məmmədli (75 kiloqram), Mətin Cabbarlı (68kiloqram), Polad Əhmədov (62 kiloqram), Eltun Abuzərli (57kiloqram), Ramal Rüstəmov (52 kiloqram), Tural Mirzəyev (48kiloqram), Məcnun Abbasov (44 kiloqram), Əsəd Abidinov (41kiloqram) və Elşad Əliyev (38 kiloqram) birinci olublar.

Seçilən
56
1
az.trend.az

10Mənbələr