AZ

Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"

Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike fransalı futbolçu Mbappedə haqqında danışıb.

Fransa çempionu PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike fransalı hücumçu Kilyan Mbappenin gedişinin rəhbərlik etdiyi komandaya müsbət təsirindən danışıb.

"Operativ Media" xəbər verir ki, o bu haqda klubun mətbuat xidmətinə açıqlama verib.

"Keçən mövsüm Mbappe gedəndən sonra komandamızın daha güclü olacağını deyəndə böyük cəsarət tapmışdım. Hücum və müdafiə xəttində gücləndiyimizi düşünməkdə davam edirəm. Rəqəmlər özləri danışır. Futbolçular çağırışı ləyaqətlə qəbul etdilər. Əlbəttə, Mbappenin getməməsini istərdik, amma komanda bu çağırışa gözəl cavab verdi. Bir mövsümdə 40 qol vuran futbolçu əvəzinə, bütün oyunçuların çox qol vurmasını istəyirik".

Mbappe ötən yay PSJ-dən "Real Madrid"ə keçib və burada 33 matçda iştirak edib, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
58
operativmedia.az

1Mənbələr