AZ

Siyəzəndə kitabxana və klublar niyə bağlı qalıb?- Sənəddə adı olub, həqiqətdə isə olmayan işçilərin kartları kimdədir?

 

Redaksiyamızın qaynar xəttinə Siyəzən Mədəniyyət evinnin tabeliyində olan kitabxana və klublar barədə ilginc məlumat daxil olub. Hətta, video-görüntülər də göndərilib.  Baxımsız, qapıları qıfıllı və dağılmış halda olan bu idarələr imdad diləyir. Halbuki rəsmi sənədlərdə bu idarələr işlək kimi qeyd olunur. Sənəddə adı gedən işçilər yerində tapılmır. Verilən məlumata gtörə, hər ay həmin işçilərin kartına aylıq maaşları vurulur. 

Siyəzən rayonunda mədəniyyət evlərinin balansında olan klublar və kitabxanaların ağzına qıfıl vurulub. Bəzilərinin qapısı isə yoğun məftillə sarıyıb bağlayıblar. İşçilər var amma iş yoxdur. Hər kəs evində, ya da başqa işlərinin dalınca düşüblər. Onlardan işə gəlmələri barədə tələb edən də yoxdur. 

Siyəzən şəhəri Mədəniyyət evinin direktoru Ziyada Dadaşova isə ancaq şəxsi maraqlarını güdür, bu barədə verilən məlumatda bildirilir.  Yaxınlarının böyük vəzifədə işləməsi direktorun işinə yamanca yarayıb. Bu mənada hər kəsə təzyiq və təsir etməyi bacarır(Onun kimliyi barədə sonra). Direktora gözün üstə qaşın var deyən yoxdur. 

 Görünür Mədəniyyət evi və onun tabeçiliyində olan klub və kitabxanalardan gələn pullar heç kimi işləməyə qoymur. Və Müxtəlif tədbirlər adı altında dövlətin büdcəsinə külli miqdarda ziyan vurulmaqda davam edir. Adı olub özü olmayan işçilərin adı ilə hər ay külli miqdarda qanunsuz vəsait əldə edilir. Bu Prezidentin Qarabağa Böyük Qayıdış çağırışına vurulan ən böyük zərbədir. İndiki zamanda 5 qəpiyə belə ehtiyacı olan Dövlət büdcəsi bəzi dınaqarası işbazlar tərəfindən talan edilir. 

İndi gəlin görək Siyəzən mədəniyyət evinin tabeçiliyində neçə belə qurum fəaliyyət göstərir. 

Siyəzən Rayon Mədəniyyət Mərkəzində 5 işçi fəaliyyət göstərir. Mərkəzin 7 filialı vardır: Yenikənd kənd Diyarşunaslıq evi, Zarat kənd Diyarşunaslıq evi, Məşrif kənd Diyarşunaslıq evi, Böyük Həmyə Sənətkarlıq evi, Balaca Həmyə kənd klubu, Eynibulaq kənd klubu, 2 saylı şəhər klubu. Mərkəzin özündə  6, filiallarında isə 15 dərnək fəaliyyət göstərir.

Siyəzən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi şəbəkəsinə 1 Mərkəzi Kitabxana və 12 kənd kitabxanası daxildir. Siyəzən Rayon MKS Siyəzən rayonunun və  ətraf  kəndlərin əhalisinə xidmət edir.

Bütün bu sadaladıqlarımız qurumların hamısı Xaçmaz Regional Mədəniyyət idarəsinin tabeliyindədir.  Indi isə keçək video görüntülərə. 

Siyəzən rayon MKS  Balaca Həmyə kənd kitabxanası və kulub bağlıdır saat birə işləyir. Çəkiliş 02.02.2025-ci il tarixdə aparılıb.  Digər çəkiliş isə Siyəzən rayon MKS-nin Gilgilçay qəsəbə kitabxanasında aparılıb, saat 12:00 bağlıdır.

Siyəzən rayon MKS  Beşdam kənd kitabxanası saat 11:00 bağlıdır.

Rəsmiyyətdə isə belə yazılır:

İş vaxtı-    9:00-17:00

Nahar-      13:00-14:00

İstirahət günü-    bazar


Bəli, görüntülərdən də bəlli olur ki, kitabxana və klubun ağzı bağlıdır, hətta dəmir məftillə sarınıb ki, kimsə girə bilməsin. Bu acı mənzərə isə Siyəzəndə kitabxana və klublara qarşı olan münasibətin bariz nümunəsidir. Mədəniyyətin inkişafı klub və kitabxanalardan başlayır demişlər müdriklər. Amma bunun Siyəzən rayonuna görünür aidiyyatı yoxdur. Kitabxanaların yetişən Azərbaycan gəncliyinin gözündən salınması birbaşa dövlətə və xalqa xəyanətdir. Onu da qeyd edək ki, redaksiya olaraq sözü gedən idarələrdə çalışan işçilərin təhsilləri barədə də geniş araşdırma yazılarımız olacaq. 

P.S. Yazı tədbir görülməsi üçün Baş Prokurorluğa və Mədəniyyət nazirliyinə ünvanlanır.

(Ardı var)

Azia.az bloqu

 


Seçilən
24
azia.az

1Mənbələr