Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının 10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 6 fevral tarixində mövcud qapaq invaziv yolla dəyişdirilib:
"Onun sağlamlıq vəziyyəti son dərəcə yaxşıdır. Qısa müddətdə xəstəxanada müalicə prosesi başa çatacaq və gündəlik həyatına qayıdacaq".