AZ

“Ağ Evin belə bir niyyəti yoxdur”

 Ağ Evin mətbuat katibi Caroline Leavitt ABŞ-nin Qəzzanı nəzarətə götürməyə hazır olması ilə bağlı xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda o, “Fox News” telekanalına müsahibəsində danışıb.

“Birləşmiş Ştatlar Qəzza zolağına qoşun yeritmək və ya onun yenidən qurulmasını maliyyələşdirmək niyyətində deyil. Prezident Qəzzanı dinc və real iqtisadi inkişafla yaşamaq istəyən insanlar üçün həqiqətən də əlverişli bir yerə çevirmək üçün razılaşma əldə etməyə çalışır”, - o qeyd edib.

Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr