AZ

Cənubi Osetiya səfiri Gürcüstanı üzr istəməyə çağırıb

Cənubi Osetiyanın Rusiyadakı səfiri Znaur Qasyev bildirib ki, Tbilisi Tsxinvalidən üzr istəsə, Gürcüstanla dostluq münasibətləri qurmaq mümkündür...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Qasiyev Cənubi Osetiyanın Gürcüstan tərəfindən mehriban qonşuluq münasibətlərini, yalnız qarşılıqlı hörmət əsasında inkişaf etdirməyə hazır olduğunu qeyd edib. Onun sözlərinə görə, Tbilisi təkcə üzr istəməməli, həm də təzminat ödəməli və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır.

“Biz cənub qonşumuzla dost olmağa hazırıq, lakin qarşılıqlı hörmət şəraitində”, səfir vurğulayıb.

Diplomat qeyd edib ki, 2008-ci ilin avqust hadisələrindən sonra Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hərəkətlərinin pislənməsi yetərli deyil və onun hərbi cinayətkar kimi mühakimə olunmasına çağırıb.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr