AZ

La Liqa klubları "Real"ın cəzalandırılmasını tələb edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniya La Liqası klublarının əksəriyyəti hakimləri həddindən artıq tənqid etdiyinə görə "Real"a sanksiya tətbiq etməyə çağırıb.
Oxu.Az "Relevo"ya istinadən xəbər verir ki, bu barədə klub nümayəndələri İspaniya Kral Futbol Federasiyasının (RFEF) iclasında deyiblər.
Qeyd olunur ki, La Liqanın adı açıqlanmayan klubları "Real"ın hakimlərə qarşı bu cür tənqidlərini təzyiq aktı hesab edirlər. Lakin RFEF-in sözügedən iclasında "Real"ın nümayəndələri iştirak etməyiblər.
Xatırladaq ki, daha əvvəl "Kral klubu" "Espanyol"la oyunda (0:1) hakimlik məsələsi ilə bağlı RFEF-ə rəsmi şikayət etmişdi. Sənəddə "Real" ölkədə hakimlik sisteminin tamamilə yenilənməsinin vacibliyini qeyd edib.
Seçilən
126
50
oxu.az

10Mənbələr