AZ

“Traktor” yenidən zirvədə

style='margin-bottom:10px;'>

Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 19-cu turda səfərdə "Zob Ahan"la qarşılaşıb. Oyun "Traktor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 90-cı dəqiqədə Domaqoy Drozdek vurub. 

Bu nəticədən sonra xallarını 41-ə çatdıran "Traktor" yenidən liderliyə yüksəlib. İkinci pillədə olan və bir oyun az keçirən "Sepahan"ın 39 xalı var. Komanda sabah səfərdə “Malavan”la qarşılaşacaq. 
 

Seçilən
35
1
teleqraf.com

2Mənbələr