Türkiyə Super Liqası komandası "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.
"Sarı-qırmızılı" klub Belçikanın "Genk" klubundan kolumbiyalı müdafiəçi Karlos Kuestanı heyətinə qatıb.
İqtisadiyyat.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı mərkəz müdafiəçisi üçün "Genk" klubuna 3 il ərzində 8 milyon avro ödəyəcək.
Kolumbiyalı müdafiəçi mövsümün sonuna kimi "Qalatasaray"da 650 min avro, 2025/2026 mövsümündə 1 milyon 450 min avro, 2026/2027 mövsümündə 1 milyon 550 min avro, 2027/2028 mövsümündə isə 1 milyon 650 min avro qazanacaq.