AZ

ABŞ İran neftini Çinə daşıyanlara sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarükünü asanlaşdırdığı iddia edilən fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nazirliyin fevralın 6-da yaydığı açıqlamada belə deyilir.

 

"Bu gün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yüz milyonlarla dollar dəyərində milyonlarla barrel İran neftinin Çinə daşınmasını asanlaşdırdığı üçün beynəlxalq şəbəkəyə sanksiya tətbiq edib", - deyə açıqlamada bildirilib.

 

Sanksiya siyahısına beş İran və bir Hindistan vətəndaşı daxildir.

Seçilən
111
8
senzor.az

9Mənbələr