Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 14-cü turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu “Fiorentina” ilə son çempion “İnter” arasında baş tutub.
Florensiya təmsilçisi bu oyunun ikinci hissəsində vurduğu 3 cavabsız qol sayəsində son çempion üzərində darmadağına sevinib.
Bu nəticədən sonra “İnter” 51 xalla A Seriyasının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Fiorentina” isə xallarının sayını 42-yə çatdıraraq 4-cü sıraya yüksəlib. Turnir cədvəlinə 54 xala malik “Napoli” liderlik edir.
İtaliya, A Seriyası
14-cü turun oyunu
6 fevral
Fiorentina – İnter 3:0
Qollar: L.Ranyeri, 60. M.Kin, 68; 89.