AZ

“Barselona” darmadağınla İspaniya Kubokunun yarımfinalında!

Bu gün futbol üzrə İspaniya Kubokunun 2024/2025-ci illər mövsümündə 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Real Sosyedad” doğma meydanda qarşılaşdığı “Osasuna”nı 2 cavabsız qolla məğlub edib. “Valensiya”nın qonağı olan “Barselona” isə yarımfinala darmadağınla vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə Madridin “Atletiko” və “Real” klubların da İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanmışdılar. Yarımfinal cütləri fevralın 12-də baş tutacaq püşkatma nəticəsində müəyyənləşəcək.

İspaniya Kuboku
1/4 final

4 fevral

Atletiko – Xetafe 5:0
Qollar: C.Simeone, 8; 17. Lino, 42. Korrea, 78. Sörlot, 86.

5 fevral

Leqanes – Real 2:3
Qollar: X.Kruz, 39-pen; 59 – Modriç, 18. Endrik, 25. Q.Qarsiya, 90+3.

6 fevral

Real Sosyedad – Osasuna 2:0
Qollar: Barreneçea, 21. B.Mendes, 31.

Valensiya – Barselona 0:5
Qollar: F.Torres, 3; 23; 30. F.Lopes, 23. L.Yamal, 59.

Seçilən
115
arena.az

1Mənbələr