AZ

Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turniri davamedir.

Trend xəbər verir ki, bu günAzərbaycanın daha 3 güləşçisi “Zaqreb Open”də mübarizə aparıb.

Sərbəst güləş üzrə yığmanın 92 kiloqramda çıxış edən üzvlərifəxri kürsüyə qalxıb. Osman Nurmaqomedov israilli Uri Kalaşnikov(5:0) və slovakiyalı Boris Makoevə (4:0), Abubakr Abakarov isəiranlı Mohammadmobin Azimi (6:5) və gürcüstanlı Luza Tsertsvadzeyə(11:11) qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvləriyarımfinalda qarşılaşıb. Abubakra 6:5 hesabı ilə qalib gələn Osmanfinala yüksəlib. Nurmaqomedov həlledici görüşdə iranlı AmirhüseynFiruzpurbanpeyə 4:11 hesabı ilə uduzub və gümüş medalı boynundanasıb. Abakarov isə Makoyevi 9:2 hesabı ilə üstələyərək bürünc medalqazanıb.

Qadın güləşi üzrə millinin üzvü Elnurə Məmmədova (55 kiloqram)macarıstanlı Gerda Terekə 13:3 hesabı ilə qalib gələrək yarımfinalayüksəlsə də, finalın bir addımlığında kanadalı Samanta Stüartauduzub – 1:12. Elnurə bürünc medal uğrunda görüşdə macarıstanlıRoza Şenttamasi ilə üz-üzə gəlib və “tuş”la məğlub olub.

Seçilən
113
9
az.trend.az

10Mənbələr