AZ

Şimali Makedoniyada hökumətin keçmiş xidmət rəisi korrupsiyada ittiham olunur

Skopye, 7 fevral, AZƏRTAC

Şimali Makedoniyada Ümumi və Birgə İşlər üzrə Xidmətin keçmiş rəhbəri Pece Mirçeski korrupsiyada ittiham edilir.

AZƏRTAC xəbər verir ki, Pece Mirçeski rüşvətxorluq, rəsmi sənədləri saxtalaşdırma, xidmətdə mənimsəmə kimi cinayət əməlləri ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb.

Skopye məhkəməsi korrupsiya ittihamı ilə Pece Mirçeskinin həbsinə qərar verib. Onun xidmətə rəhbərlik etdiyi dövrdə dövlət büdcəsinə minlərlə avro ziyan vurduğu bildirilir.

 

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Skopye

Seçilən
35
1
azertag.az

2Mənbələr