AZ

AEBA-nın baş direktoru gələn həftə Pakistana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi gələn həftə Pakistan İslam Respublikasına səfər edəcək.

“Far.Az” xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şəfqət Əli Xan həftəlik mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, səfər Pakistan hökumətinin dəvəti ilə baş tutacaq.

Qrossinin baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə görüşləri nəzərdə tutulub.

Bundan əlavə, o, Pakistan Nüvə Tənzimləmə Təşkilatı, Milli Elmlər və Texnologiya Universiteti tərəfindən təşkil edilən seminarlarda iştirak edəcək, Lahordakı Nüvə Təbabəti və Onkologiya İnstitutuna və AEBA-nın köməyi ilə tikilmiş “Çaşma” Atom Elektrik Stansiyasına baş çəkəcək.

Seçilən
19
4
far.az

5Mənbələr