Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Arena.az xəbər ki, millimiz bu dəfə Belçika yığması ilə qarşılaşıb
Belçikada keçirilən görüşdə rəqib komanda favorit olduğunu sübuta yetirib. Qrupda keçirdiyi ilk 4 oyunda uduzan Evren Alkayanın komandası bu görüşdə də sürprizə imza ata bilməyib. Millimiz yekunda 24:97 hesabı ilə uduzub.
Yığmamız bu mərhələdə 4-cü dəfə 50 və daha artıq fərqlə uduzub. Bu dəfə komandamız 73 xallıq fərqə üzülüb. Bu seçmə mərhələdə antirekord məhz millimizə məxsusdur. Komandamız Belçikaya Bakıdakı görüşdə 108 xallıq fərqlə məğlub olmuşdu.
Qeyd edək ki, 5 oyunun hamısında uduzan basketbol yığmamız seçmə mərhələdəki sonuncu matçını fevralın 9-da doğma meydanda Polşaya qarşı keçirəcək.
AÇ-2025-in seçmə mərhələsi
C qrupu, 5-ci tur
6 fevral
Belçika – Azərbaycan 97:24 (27:5, 25:7, 29:4, 16:8)
Ostend. “COREtec Dome”.
Xallar: Belçika – 9. Litva – 9. Polşa – 7. Azərbaycan – 5.