AZ

İsrail qırıcıları bu ölkədə daş üstündə daş qoymadı

İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənub və şərqində yerüstü hədəflərə zərbələr endirib.

Publika.az "Livan 24"ə istinadla xəbər verir ki, təyyarələr İqlim əl-Tuffah bölgəsinin cənubunda yerləşən Vadi İzza dərəsində "Hizbullah" milislərinin şübhəli atəş mövqeləri və anbarlarına raket zərbələri endirib.

Suriya ilə sərhədə yaxın Baalbek şəhəri yaxınlığındakı "Hizbullah" yaraqlılarının bazalarına hücum edilib. Britel, Janta və Juroud əl-Xreybi bölgələrində güclü partlayış səsləri eşidilib.

Hazırda hava hücumunun nəticələri barədə məlumat yoxdur.

Seçilən
39
1
publika.az

2Mənbələr