AZ

Məşhur filmlərdə rol alan aktyor vəfat etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Lock, Stock and Two Smoking Barrels" və "The Long Good Friday" filmlərindəki rolları ilə məşhurlaşan britaniyalı aktyor Pol Hyu Moriarti 86 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Orchid Cancer" xeyriyyə təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, sənətçi fevralın 2-də vəfat etsə də, onun ölümü yalnız indi məlum olub.
Moriarti televiziyada debütünü 1978-ci ildə "Law&Order" serialında edib və "Chinese Detective" və "The Paradise Club" filmlərində rol alıb.
Aktyor "The Long Good Friday" (1980) filmindəki "Razors" rolu ilə məşhurlaşıb. Moriarti daha sonra Qay Riçinin cinayət trilleri "Lock, Stock and Two Smoking Barrels" (1998) filmində "Balta Harri" rolunu oynayıb.
Seçilən
85
50
oxu.az

10Mənbələr