İsrail qırıcıları Livanın cənub və şərqində Hizbullahın quru hədəflərinə hücum edib...
Poliqon xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.
Nəşr aydınlaşdırıb ki, təyyarələr İqlim ət-Tuffahın cənub bölgəsindəki Vadi İzza dərəsində Hizbullahın şübhəli atəş mövqeləri və anbarlarına raket zərbələri endirib.
Məlumata görə, Suriya ilə sərhədə yaxın Baalbek şəhəri yaxınlığında şiə döyüşçülərin bazaları bombalanıb. Canta, Britel və Jurud əl-Xraybi bölgələrində güclü partlayış səsləri eşidilib. Hava hücumunun nəticələri barədə məlumat verilmir.
Qeyd edək ki, bir gün əvvəl İsrailin müdafiə naziri İsrael Katz hərbçilərə Qəzza zolağının sakinlərinin könüllü olaraq anklavı tərk edərək başqa ölkələrə köçməsinə imkan verən plan hazırlamağı tapşırmışdı.
Poliqon.info