AZ

100 il əvvəl itən “Linkolnun ürəyi” tapıldı - Video

Nyu-Yorkda ABŞ-nin 16-cı prezidenti Avraam Linkolnun həyatından bəhs edən “Linkolnun ürəyi” səssiz filminin itirilmiş  lenti tapılıb.

“Qafqazinfo” bu barədə NBC-yə istinadən xəbər verir.

Film Qrinport şəhərindəki Lauro Tarixi Film Arxivində təcrübəçi işləyən Den Martin tərəfindən tapılıb. Kinoarxivist Eliot Kisseleff filmi yenidən itməməsi üçün təmizləyərək rəqəmsal formata çevirib.

Telekanalın məlumatına görə, 16 millimetrlik lent “Linkolnun ürəyi” filminin yeganə məlum nüsxəsidir. 

Sözügedən film ABŞ Konqres Kitabxanası tərəfindən əbədi olaraq itirildiyi düşünülən 7000 səssiz filmin siyahısına daxil edilib. 

1915-ci ildə “Universal” şirkəti tərəfindən istehsal olunmuş bu film uzun illər ərzində itkin sayılırdı.

Seçilən
91
qafqazinfo.az

1Mənbələr