"Liverpul" "Tottenhem"i darmadağın edərək İngiltərə Liqa Kubokunun finalına yüksəlib.
İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Liverpul" "Tottenhem"i 4:0 hesabı ilə məğlub edib.
"Operativ Media " xəbər verir ki, oyun Liverpuldakı "Enfild" stadionunda baş tutub.
İlk hissədə hesabı Kodi Qakpo açıb. Fasilədən sonra Məhəmməd Salah, David Szoboszolai və Vircil van Deyk fərqlənib.
Qeyd edək ki, "Liverpul" finalda "Nyukasl" ilə qarşılaşacaq.