AZ

Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərənin "Arsenal" klubu İtaliya A Seriyası təmsilçisi "İnter"in hücumçusu Lautaro Martinesi transfer etmək niyyətindədir.
Oxu.Az "Fichajes"ə istinadən xəbər verir ki, "Arsenal" yay transfer pəncərəsində 27 yaşlı argentinalı hücumçu üçün 120 milyon avrodan çox məbləğ xərcləmək istəyir.
İngiltərə klubu qış fasiləsində heç kimi heyətinə qata bilməyib.
Qeyd edək ki, L.Martines bu mövsüm bütün turnirlərdə 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.
Seçilən
38
23
oxu.az

10Mənbələr