AZ

KİV: Trampın dövründə birqütblü dünya dövrü başa çatacaq

Donald Trampın ABŞ-da ikinci prezidentlik müddəti birqütblü dünya dövrünün sonu ola bilər...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, dövlət katibi Marko Rubionun birqütblü dünyanın anomallığı ilə bağlı bəyanatı tarixi əhəmiyyət kəsb edir. Müəlliflər hesab edirlər ki, Amerikanın xarici siyasət idarəsinin rəhbəri ABŞ-ın dünyada yeganə güc olduğunu deyərək: “O dövrlər geridə qaldı” demək istəyib.

Nəşr Trampın verdiyi vədlərə əməl edəcəyini vurğulayıb. Məsələn, Çinə dinc yanaşma tapacaq və təhlükəsizlik üçün daha çox məsuliyyəti NATO müttəfiqlərinə həvalə edəcək. Nəşr yazır ki, ABŞ-ın siyasi elitaları yeni Amerika prezidentinin dövründə Vaşinqton, Moskva və Pekin arasında təsir dairələrinin bölünəcəyindən qorxurlar.

Qeyd edək ki, fevralın 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya rəhbərliyi beynəlxalq münasibətlərin çoxqütblü sisteminin yaradılmasına çağıran Rubionu alqışlayır.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr