AZ

Trampdan daha bir qalmaqallı sərəncam

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinin ölkə vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarda iştirak edən hakimlərinə, əməkdaşlarına  qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dakı hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan olunmasını əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsinin ilkin istintaq palatası İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.

Seçilən
15
heftelik.az

1Mənbələr