Hindistanda pələng qoruğunda motosiklet sürən alman turist ölüb.
Söz.az “Bild”-ə istinadən xəbər verir ki, 77 yaşlı Maykl yolun hərəkət hissəsində fillə toqquşub.
Maykl filin yoldan çıxmasını gözləmək istəməyib və motosikletinə minib yanından keçməyə çalışıb. Turistlərin qalan hissəsi isə heyvanın ərazidən getməsi üçün avtobus və avtomobillərdə qalmağa üstünlük verib.
Əvvəlcə fil Mayklın motosiklindən düşməsinə səbəb olub. Daha sonra nəqliyyat vasitələrinin sürücüləri heyvanı qovmağa çalışıb. Lakin bu, kömək etməyib.
Fil turistə hücum edib. İkinci zərbə ilə turisti dişinə sancaraq, onu havaya qaldıraraq yerə çırpıb. Yalnız bundan sonra oradan gedib.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, kişi ölüb.
Meşə nəzarətçisi Valparai Venkateş xəbərdarlığa məhəl qoymadığı üçün turistin öz ölümündə günahkar olduğunu söyləyib.