AZ

Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

ABŞ prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib. Məlumatda qeyd edilir ki, sanksiyalara səbəb BCM-nin ABŞ və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı hərəkətləri olub.

Tramp bildirib ki, BCM “Amerika və yaxın müttəfiqləri İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edib”. Trampa və bir çox Amerika siyasətçisinə görə ICC-nin İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalanta qarşı “əsassız həbs qərarı verməklə səlahiyyətindən sui-istifadə edib”.

“BCM-nin Birləşmiş Ştatlar və ya İsrail üzərində yurisdiksiyaya malik deyil, çünki heç bir ölkə Roma Nizamnaməsinə və ya BCM-nin üzvü deyil. Heç bir ölkə heç vaxt BCM-nin yurisdiksiyasını tanımayıb və hər ikisi də müharibə qanunlarına ciddi şəkildə riayət edən hərbçilərə malik inkişaf edən demokratiyalardır”, deyə press-relizdə deyilir.

ABŞ prezidentinin sərəncamı ilə BCM rəsmilərinin bütün əmlakı bloklanacaq, onların ailə üzvlərinin ABŞ-yə girişi qadağan ediləcək. Sənəd məhkəməyə hər hansı ianə verməyi də qadağan edir.

Poliqon.info

Seçilən
36
1
poliqon.info

2Mənbələr