Bakı. Trend:
Bu gün Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərintörədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsiolacaq.
Trend xəbərverir ki, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədənErmənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuşərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” vəonun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana vəAzərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər,müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma,soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbisoyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıqməhkəməsi davam etdiriləcək.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimiZeynal Ağayevin sədrliyi ilə davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.