AZ

Üçləqəbli sərkərdə

Qaramanlılar Qaraqoyunlu tayfa ittifaqını təşkil edənlərdən biri olublar. İlk öncə müstəqil olan bu türk elin Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində rolu olub. Qaraqoyunluların süqutundan sonra onlar Ağqoyunlu tayfa ittifaqına, daha sonra isə Qızılbaş tayfa ittifaqına qoşulurlar. Qaramanlı tayfasının üzvləri bir müddət Gəncə-Qarabağ bəylərbəyliyini idarə ediblər.

Qaramanlı elində yüzlərlə, minlərlə qəhrəman döyüşçülər və şəxsiyyətlər yetişib. Onlardan biri də Qızılbaş  ordusunda Baba Xəlifə Qaramanlı adı ilə  tanınan Şərqin qorxmaz döyüşçüsü idi. Osmanlı, Qızılbaş və digər Şərqin ordularında onu üç ləqəblə tanıyırdılar:

1. Kəlbəli – Həzrət Əlinin qulu kimi adlanan bu adı fövqəlbəşəri gücünə görə almış idi. Döyüş zamanı hər kəs deyirdi ki, Kəlbəli əli ilə top mərmiləri ata bilir. Döyüşçülər dedilər ki, döyüş zamanı Kəlbəli atlı süvarinin üstünə qaçarkən, nəinki süvari, hətta mindiyi atda da qorxusundan öldürdü.

2. Xəlifə Əbu-l-Qazi (döyüşçülərin atası). Onu öz tayfasının başçısı olmasına baxmayaraq, heç vaxt sıravi döyüşçüləri tərk etmədiyinə, onlarla müharibənin bütün çətinliklərini bərabər bölüşdüyünə görə belə adlandırıblar. Sərkərdə əsgərlərin çadırlarında yatar, yeməklərindən yeyərmiş və s. Döyüşçülər onu çox sevirdilər və onunla sona qədər döyüşəyə hazır idilər.

3. Dəli Baba. Döyüş meydanında qorxmazlığına, basqınlarına heyran qalan osmanlılar, Krım tatarları, ləzgilər, şirvanlılar arasında onun adı belə hallanır.

Xəlifə Qaramanlı tayfasının əmiri olmasına baxmayaraq, ölümünə qədər şaha sadiq olsa da, Şah Təhmasibin sarayında yüksək vəzifəyə çata bilməyib. Əvvəla, ona görə ki, o, buna can atmayıb. Məclislərdə çox sakit, təvazökar, nadir nitq söyləyən insan olub.  Döyüş zamanı əsl Baba Xəlifə üzə çıxırdı, dəli Qızılbaş  olurdu. O, hər cür zirehi xor saydığı üçün həmişə əlində döyüş baltası, sinəsi açıq döyüş meydanına çıxırdı.

1578-ci ilin noyabrın 28-i Ağsu çayı sahilində Mollahəsənli adlanan ərazidə Osmanlı imperiyasının vassalı olan Krım xanlığı qoşunları ilə Səfəvi ordusu arasında baş vermiş döyüşdə Krım xanı I Dövlət Gərayın oğlu Baba Xəlifə Qaramanlının başçılıq etdiyi dəstə tərəfindən məğlub edilir və nizə ilə onu atdan salan Baba onu öldürmək istəsə də, sonradan fikrindən daşınıb əsir götürür.

Gəlirəm Ya Heydər!
Gəlirəm, ey Allahın Aslanı

hayqıran zaman qarşı tərəfdə hamı qaçırdı. Osmanı ordusu ilə digər döyüşdə minlərlə yençəri ilə 100 qızılbaş son nəfəsinə qədər vuruşub. Baba Xəlifə Qaramanlı son döyüşündə 20-dən çox ox və qılınc zərbəsindən sonra həlak olub. 

Seçilən
75
vaxt.az

1Mənbələr