AZ

Naxçıvanda Türkiyənin “Rapsodi Çorap” şirkətilə əməkdaşlıq danışıqları aparılıb

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov “Türkiyə Moda və Hazır Geyim Federasiyası”nın prezidenti və “Rapsodi Çorap” şirkətinin rəhbəri Hüseyin Öztürk ilə görüşüb.

Marja Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyənin Naxçıvanda Baş Konsulu Asip Kaya, ticarət atteşesi Engin Iğdır iştirak ediblər.

Abbas İsmayılov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdən danışıb, Naxçıvanda əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verib.

Görüşdə Naxçıvanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

Rapsodi Çorap Abbas İsmayılov Hüseyin Öztürk
Seçilən
28
1
marja.az

2Mənbələr