Mingəçevir Dövlət Universitetinin Məktəbəqədər təhsil proqramı üzrə Özünütəhlil komissiyasının işçi qrupu Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi, uşaq bağçasında görüş keçirib. İşgüzar qaydada təşkil edilən görüşdə Özünütəhli komissiyasının sədr müavini, Təhsil fakültəsinin dekanı dos. Nizami Zeynalov, komissiyanın katibi, Pedaqogika və psixologiya kafedrasının müdiri, prof. Fərəh Cəlil, komissiyanın üzvü Təcrübə və karyera inkişafı şöbəsinin müdiri Nuran Cəfərov, Məktəbəqədər təhsil proqramı üzrə mütəxəssislər İlhamə İsmayılova, Ayşən İsmayılova və Günel Nəcəfova, Riyaziyyat kafedrasının müəllimi Gülnigar Osmanova iştirak etmişlər.
MDU-dan AzEdu.az-a bildirilib ki, görüşü giriş sözü ilə açan 10 saylı "Qərənfil" körpələr eçi, uşaq bağçasın müdiri Aynur İsmixanlı Məktəbəqədər təhsilin uşaqlarda təməl bacarıq və vərdişlərin inkişaf etdirilməsi baxımından çox önəmli təhsil pilləsi olmasından, bu sitiqamətdə həyata keçirilən dövlət siyasətindən, habelə əmək bazarı- universitet qarşılıqlı əlaqələrinin hətr iki tərəf üçün faydalı olmasından söz açıb. Özünütəhlil komissiyasının sədr müavini, MDU-nun Təhsil fakültəsinin dekanı N. Zeynalov universitetdə 2016-cı ildən Məktəbəqədər təhsil proqramı üzrə kadr hazırlığının aparılmasından, müvafiq proqram üzrə kadr hazırlığının keyfiyyətinin artırılması istiqamətində universitetdə görülən işlərdən, habelə kadr hazırlığı işində əmək bazarı-universitet qarşılıqlı əlaqələrinin faydasından söz açıb.
Daha sonra 10 saylı "Qərənfil" körpələr evi, uşaq bağçasınnın metodisti Təranə Mövsümova, tərbiyəçi- müəllimlərdən Bənövşə Əhmədova, Günay Kərimli MDU-nun kafedra müdiri Fərəh Cəlil, Məktəbəqədər təhsil sahəsi üzrə mütəxəssislərdən İlhamə İsmayılova, Ayşən İsmayılova, Könül Cabbarova, Günel Nəcəfova Məktəbəqədər təhsil pilləsinin müxtəlif problemləri, kadr hazırlığı məsələləri, təhsil proqramının monitorinqi və təkmilləşdirilməsi, bu sahədə məktəbəqədər təhsil müəssisələrini və onların işçi heyətinin rolu mövzusunda fikir mübadiləsi aparıblar. Görüş işgüzar diskussiya şəraitində davam etdirilib.
Qeyd etmək lazımdır ki, MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində bu tipli görüşlərin keçirilməsi daim diqqət mərkəzində saxlanılır.