AZ

Serxio Ramosun yeni klubu bilindi - RƏSMİ

“Real Madrid”in və İspaniya millisinin keçmiş müdafiəçisi Serxio Ramosun yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, 38 yaşlı oyunçu Meksika təmsilçisi “Monterrey”ə keçib. 

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 

Ramosla 1 illik müqavilə imzalanıb. O, yeni komandasına azad agent kimi qoşulub. 

Serxionun son komandası "Sevilya" olub və o, La Liqa təmsilçisindən 2024-cü ilin yayında ayrılıb. O, "Sevilya"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 7 qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
4
fanat.az

1Mənbələr