"İnter" komandası 2019-cu ildən sonra A Seriyasında ilk dəfə böyükhesablı məğlubiyyətlə üzləşib.
"Report"un məlumatına görə, bu, XIV turdan təxirə salınan "Fiorentina" ilə matça təsadüf edib.
Hazırkı ölkə çempionu səfərdə üç cavabsız qolla uduzub. Milan təmsilçisi son olaraq 2019-cu il mayın 19-da, A Seriyasının XXXVII turunda "Napoli"yə 1:4 hesabı ilə yenilib.
Qeyd edək ki, "Fiorentina" - "İnter" matçı dekabrın 1-də yarımçıq dayandırılıb. Meydan sahiblərinin oyunçusu Edoardo Bove sözügedən matçda huşunu itirib və reanimasiyaya yerləşdirilmişdi.