AZ

“Vətən” – “Neftçi” oyunundakı qalmaqal araşdırılır – VİDEO

AFFA-nın mətbuat xidməti U-17 Liqasının XXVI turunda keçirilən “Vətən” – “Neftçi” oyununda yaşanan qalmaqala münasibət bildirib.

Msport.az xəbər verir ki, qurum baş verənlərin araşdırıldığını vurğulayıb:

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, “Neftçi”nin 3:0 hesablı qələbə qazandığı oyunun ikinci hissəsində “Vətən”in inzibatçısı ilə “Neftçi”nin baş məşqçisi Asif Ələsgərov arasında dava-dalaş olub. Klub rəsmisinin başla zərbəsindən sonra məşqçinin burnu sınıb.

Seçilən
54
8
msport.az

10Mənbələr