AZ

Ramosun yeni klubu rəsmən bəlli oldu

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramosun yeni klubu müəyyənləşib.

Publika.az xəbər verir ki, o, karyerasını "Monterrey" klubunda davam etdirəcək. Meksika təmsilçisi rəsmi saytında "Real"ın sabiq kapitanı ilə müqavilə imzaladığını açıqlayıb.

Azad agent olan 38 yaşlı ispaniyalı futbolçu ilə anlaşmanın müddəti 1 illikdir. Müdafiəçi 93 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Ramos 2024-cü ilin may ayından bəri oynamır. Onun son klubu ötən yay tərk etdiyi "Sevilya" olub.

Seçilən
44
1
publika.az

2Mənbələr