“Valensiya” İspaniya kuboku tarixində ən ağır ev məğlubiyyətini alıb.
İdman.biz xəbər verir ki, “yarasalar” 1/4 finalda “Barselona”ya 0:5 hesabı ilə uduzub.
Valensiyanın eyniadlı təmsilçisi bunadək kubokun ev oyunlarında 5 top fərqi ilə uduzmamışdı. Əvvəlki antirekord 1950/51 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Real” 1/8 finalda 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Barselona”ya qədər “Real”, “Atletiko” və “Real Sosyedad” da yarımfinala yüksəlib.
İdman.biz